ÖMƏR İBN XƏTTAB

(23/644-cü ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin yaxın səhabəsi, görkəmli ictimai-siyasi xadim, ikinci Raşidi xəlifə olmuşdur. O, təxminən 585-ci ildə Məkkədə doğulmuşdur. Onun İslamı qəbul edənə qədərki həyatı haqqında çox məlumat vardır. Onun çoban olması, sonra isə ticarətlə məşğul olduğu haqqında rəvayətlər mövcuddur. Daha sonra o, Məkkənin nüfuzlu adamlarından biri olmuşdur. Onu tez-tez qəbilələr və ailələr arasında baş vermiş ixtilafları həll etməyə dəvət edirdilər. Sərt xarakterə sahib olan Ömər ilk dövrlərdə müsəlmanlara qarşı olmuşdur. Rəvayətlərə görə ərəbləri öz ənənəvi inanclarından döndərmək istədiyi üçün o, Məhəmməd peyğəmbəri öldürmək istəmişdir. İstəyini yerinə yetirmək üçün yola da çıxmışdır. Ancaq, yolda o bir məkkəli ilə qarşılaşmış, ondan bacısının və kürəkənin müsəlman olduqları xəbərini eşitmişdir. Bunu eşidəndə Ömər daha da qəzəblənərək bacısı gilə gəlmiş və orada onun həyat yoldaşı ilə birlikdə Quran oxuduqlarının şahidi olmuşdur. Öncə Ömər onları döymüş, ancaq qəzəbi soyuyanda Quran ayələri ilə maraqlanmışdır. Ayələrin mənaları ilə tanış olduqdan sonra müsəlman olmağa qərar vermişdir. Bundan sonra Ömər müsəlmanların toplaşdıqları Ərqəmin evinə yollanıb orada müsəlman olduğunu təsdiq etmişdir. Bu hadisə Məhəmməd peyğəmbərin peyğəmbərliyinin başlamasından altı il sonra baş vermişdir. İslamı qəbul etdikdən sonra Ömər digər səhabələrlə birlikdə bütpərəstlərin müqavimətinə baxmayaraq Kəbəyə getmiş, orada camaat namazı qılmışdırlar. Daha sonra Ömər başqa müsəlmanlarla birlikdə Mədinəyə hicrət etmişdir. Orada bütün müsəlmanların ictimai həyatında fəal iştirak etmişdir. O, Bədr, Uhud, Xəndək, Xeybər, eləcə də başqa döyüşlərdə vuruşmuşdur. Elə o zaman o, müsəlmanlar arasında nüfuz qazanmışdır. Məhəmməd peyğəmbərin vəfatından sonra Ömər Əbu Bəkrin xəlifə seçilməsində böyük rol oynamışdır. Onun xilafəti zamanı Ömər onun yardımçısı olmuşdur. Vəfatından öncə Əbu Bəkr onu öz varisi elan etmişdir. Beləliklə, 13/634-cü ildə Ömər ikinci Raşidi xəlifə olmuşdur. Ömər xəlifə olduqdan sonra, Əbu Bəkrin siyasətini davam etdirmişdir. Onun zamanında Xilafət böyük uğurlar əldə etmişdir. İslam ordusu Bizans və İran kimi güclü imperiyaları məğlub edə bilmişdir. Xilafətin hakimiyyəti Yaxın Şərqə, İrana, Misirə, Şimali Afrikanın bəzi bölgələrinə yayılmışdır. 23/644-cü ilin Zülhiccə ayında xəlifə Ömərin həyatına qəsd edilmişdir. Nəticədə o, ağır yaralanmış, az sonra isə vəfat etmişdir. Onun qatili Əbu Lulu adlı bir iranlı kölə olmuşdur. Ölümündən öncə xəlifə Ömər yeni xəlifənin seçilməsi üçün bir heyət təyin etmişdir. Bu heyətin tərkibində Osman ibn Əffan, Əli ibn Əbu Talib, Təlhə ibn Übeydullah, Zübeyr ibn Əvvam, Əbdürrəhman ibn Əvf, Səd ibn Əbu Vəqqaz olmuşdurlar. Onlar üç günün içində öz aralarından bir nəfəri xəlifə seçməli idilər. Bu seçim nəticəsində Osman ibn Əffan üçüncü xəlifə seçilmişdir.
ÖLÜM MƏLƏYİ
ÖRF
OBASTAN VİKİ
Ömər ibn Xəttab
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 586, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə: Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər. Siyasi nəticə: Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı.
Ömər ibn əl-Xəttab

Abdullah ibn Ömər ibn Xəttab
Abdullah ibn Ömər ibn Xəttab (ərəb. عبد الله بن عمر ابن الخطاب‎; təq. 610, Məkkə – 693, Məkkə) — Abdullah ibn Ömər ibn Xəttab (Hicrətdən 10 il əvvəl-73-cü Hicri Qəməri il) kiçik səhabələrdən olan mühəddis və fəqihdir. İkinci xəlifə Ömər ibn Xəttabın oğludur. Ən çox fətva verənlərdən biri olmuşdur. Həmçinin, Məhəmməd peyğəmbərin (s) hədislərini ən çox əzbərləyib nəql edənlərdən biri olmuşdur. İbn Ömər Məhəmməd (s) peyğəmbərin sünnəsinə ən çox təqlid edən və o Həzrətin (s) yolunu izləyən biri olmuşdur. Habelə, o, Mədinə şəhərində hədis və fətva öyrənən tələbələrin, sədəqə verməqdə səxavəti və dünyadaki zahidliyi tanıqdıqdan sonra isə mallarını Allah yolunda xərcləyən tələbələrin qibləsi olmuşdur. İbn Ömər Məhəmməd (s) peyğəmbərlə birgə bir neçə döyüşlərdə iştirak etmişdir. Sonralar, peyğəmbərin (s) vəfatından sonra Şam, İraq, Fars ölkəsi, Misir və Afrikanın fəth edilməsində iştirak etmişdir.
Ömər bin Xəttab
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 586, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə: Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər. Siyasi nəticə: Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı.
Abdullah ibn Ömər
Ömər ibn Haşim
I Haşim - Dərbənd Haşimiləri sülaləsindən olan ikinci müstəqil Dərbənd əmiridir. Atasının ölümündən sonra əmir olmuşdu. Tarix əl-Babda atası kimi ədalətli hökmdar olduğundan bəhs olunur. Xəstələndi və cəmi bir il hakimiyyətdən sonra 885-ci ildə vəfat etdi, yerinə qardaş Məhəmməd keçdi.
Ömər ibn Əbdüləziz
Ömər ibn Əbdüləziz və ya II Ömər (2 noyabr 681, Mədinə, Əməvilər xilafəti – təq. 5 fevral 720) — səkkizinci Əməvi xəlifəsi. Yaşadığı illər: 682–720 illər. Hakimiyyət illəri 717–720 illər. Onun sələfi xəlifə Süleyman idi . Ömər ibn Əbdüləziz həmçinin ikinci rəşidi xəlifəsi Ömər ibn əl-Xəttabın nəticəsidir. Dindarlığı və qeyri-adi düzgünlüyü ilə seçilirdi. Həm əhli sünnə, həm də əhli şiə arasında özü barəsində çox yaxşı xatirə qoymuşdur. II Ömər 5-ci Raşidi Xəlifə hesab olunur. Ömər ibn Əbdüləziz hicri 60-cı ildə (miladı 682) Mədinədə anadan olmuşdur.
Ömər ibn Əli
Ömər ibn Əli (ərəb. عُمَر بن عَلیّ‎) — Ömər əl-Ətrəf kimi də tanınan, qardaşı Hüseyn ibn Əlini Kərbəlaya müşayiət edən və Aşura günü öldürülən Əli ibn Əbu Talibin övladlarından biri idi. Əli ibn Əbu Talib və Əl-Səhbə binti Rəbiənin oğludur. Bəzi sünni mənbələri ondan Ömər əl-Əkbər kimi bəhs etmişlər, onun ləqəbi Əbu əl-Qasim və ya Əbu Həfsdir. Bəzi tarixi mənbələr onun anasının adını Rəbiə ət-Təğlibinin qızı Səhba (Ümmü Həbib) olaraq bildirmişdir. Bəziləri onun adını Layla binti Məsud əd-Dərəmi kimi qeyd etmişlər. Sünni alimi əl-Fəxr ər-Razi Ömərin Əli ibn Əbu Talibin ən kiçik övladı olduğunu qeyd etmişdir. Rəvayət olunur ki, Ömər Aşura günü hayqıraraq düşmənə hücum edir. O, qardaşının qatilinin üzərinə hücum edərək onu öldürür. Sünni fəqih Axtab Xorəzm qardaşı Əbu Bəkr ibn Əlinin şəhadətindən sonra şəhadətini xəbər verib.
Şüeyb ibn Ömər
Əbu Əmr Şüeyb ibn Ömər ibn İsa Bəlluti, həmçinin Bizans mənbələrində Saet (yun. Σαήτ) və ya mənbələrində Saypes (Σαΐπης) — təqribən 855–880-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin oğlu idi. Numizmatik sübutların köməyi ilə Corc C. Maylz araşdırmalarından sonra onun təxminən 855-ci ildən 880-ci ilə qədər padşahlıq etdiyi güman edilir. Buna baxmayaraq, onun adına zərb edilən qızıl dinar 894-ci və ya 895-ci ilə aiddir. Onu müvafiq olaraq oğulları Ömər və Məhəmməd əvəz etmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch.
Əhməd ibn Ömər
Əhməd ibn Ömər ibn Şüeyb (ərəb. أحمد بن عمر بن شعيب‎) — təqribən 925–940-cı illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq üçüncü əmir Əbu Abdullah Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı oğlu Əli ibn Yusif ibn Ömərdən sonra hakimiyyətə gəldiyi, təxminən 925-ci ildən 940-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta oğlu Şüeyb ibn Əhməd keçmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.).
Ömər ibn Səd
Ömər bin Saad — Ərəb xilafətində tanınmış sərkərdə. Əməvilərin qoşunlarına rəhbərlik etmişdir. Xilafət qarşısındakı xidmətlərinə görə Rey şəhərinin valisi mükafatı sözü verilmiş, lakin buna nail olmamışdır. Onun adı ilə bağlı olan ən önəmli hadisə Kərbəla döyüşündə İmam Hüseynin tərəfdarlarına divan tutulması ilə bağlıdır. Ömər bin Saad həmin döyüşdə xilafət ordusuna rəhbərlik etmişdir.
Asim ibn Ömər
Asim ibn Ömər (628, Mədinə – 689, ərəb. عاَصم بن عمر‎) — Tanınmış hədis ravisi, ikinci saleh xəlifə Ömər ibn Xəttabın oğlu və səkkizinci Əməvi xəlifəsi Ömər ibn Əbdüləzizin babası. Asim Məhəmməd peyğəmbərin (s.a.v) ən yaxın səhabəsi olan Ömər ibn Xəttabın oğlu idi, anası da peyğəmbərin ilk ardıcıllarından olmuşdur. Atası Ömər Məkkədə tayfalar arasında arbitrajdan məsul olan Bənu Ədi qəbiləsində anadan olmuşdur. Anası Cəmilə Mədinədə Ovs qəbiləsindən Əmr ibn Ovfun qəbiləsindən olan Sabit ibn Əbi əl-Əflax Əl-Şamus bint Əbi Əmirin qızı idi. Onun qardaşı Asim də Bədr döyüşündə iştirak edən müsəlmanlar arasında idi. Anası Cəmilə Mədinədə İslamı ilk qəbul edənlərdən olmuşdur. O və anası 622-ci ildə Məhəmməd peyğəmbərə beyət edən ilk on qadından biri idi. Adının Asiya (“asi”) olduğunu eşidən Məhəmməd peyğəmbər ona “Cəmilə” (“gözəl”) adını verir. O, İslamı qəbul etdikdən təxminən beş il sonra, 627-ci ilin mayından 628-ci ilin mayına qədərki aralıqda Ömərlə evlənir.
Yusif ibn Ömər ibn Şüeyb
Yusif ibn Ömər ibn Şüeyb (ərəb. يوسف بن عمر بن شعيب‎) — təqribən 910–915-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq üçüncü əmir Əbu Abdullah Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun əmisi Məhəmməddən sonra hakimiyyətə gəldiyi, təxminən 910-cu ildən 915-ci ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta oğlu Əli keçmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.).
Əli ibn Yusif ibn Ömər
Əli ibn Yusif ibn Ömər (ərəb. علي بن يوسف بن عمر‎ )— təqribən 915–925-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq beşinci əmir Yusifin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun atası Yusifdən sonra hakimiyyətə gəldiyi, təxminən 915-ci ildən 925-ci ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta əmisi Əhməd ibn Ömər çıxmışdır. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.).
Əmir Xəttab
Əmir Xəttab (əsl adı Samir Saleh as-Suveyləm, ərəb. ثامر صالح عبد الله السويلم‎; 14 aprel 1969 – 20 mart 2002, Çeçenistan) — 1987-1992-ci illərdə Əfqanıstan müharibəsinin, 1993-cü ildə Tacikistanda vətəndaş müharibəsinin və 1995-2002-ci illərdə Rus-Çeçen müharibəsinin iştirakçısı, muzdlu döyüşçü və Çeçenistanın əfsanəvi səhra komandiri, Çeçenistanın Milli Qəhrəmanı. Səudiyyə Ərəbistanında varlı və mədəni bir ailədə dünyaya gəlib. Xəttab ingiliscə təhsil aldıqdan sonra 1987-ci ildə ABŞ-də lisey təhsili almaq hüququ qazandı. Həmin il sovet ordusuna qarşı Əfqanıstan müharibəsinin ən qızğın dövrlərindən idi. Dünyanın hər yerindən müsəlman gənclər Şeyx Abdullah Azzam (1989-da sui-qəsd nəticəsində öldürülüb), Şeyx Təmim Adnan (vəfat 1988) və Osama Ben Ladenin cihad çağırışlarına qoşularaq Əfqanıstana axın edirdilər. ABŞ-də təhsilini davam etdirmə vaxtı çatan Xəttab bir çox yoldaşlarının və qohumlarının etdiyi kimi, Əfqanıstana qısa bir ziyarətə getməyə qərar verdi. 1987-ci ildə ailəsi ilə vidalaşıb evindən ayrılan Xəttab o gündən sonra bir daha evinə, ailəsinin yanına dönmədi. Sovet ordusu Əfqanıstanı tərk etmək məcburiyyətində qaldığı zaman Xəttab və bir neçə silahdaşı Tacikistanda vətəndaş müharibəsinə qatılmaq üçün 1993-cü ildə Tacikistana getdilər və 2 il burada dağlıq ərazidə döyüşlərdə iştirak etdilər. 1995-ci ildə Xəttab kiçik qrupu ilə Əfqanıstana qayıtdı və 1995-ci ilin yazında 8 mücahid yoldaşı ilə birlikdə buradan Çeçenistana yollandı.
Ömər ibn Osman Kafiəddin
Ömər ibn Osman Kafiəddin (1080, Şamaxı – 1150, Şamaxı) – mənşəcə Azərbaycan türklərindən olan məşhur təbib-alim. Şamaxıda Sağlamlıq evi yaradaraq orada fəaliyyət göstərmiş, oradan şöhrəti bütün Şərqə yayılmışdır. Ömər Kafiəddinin təqribən 1080-ci ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. O öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Şirvanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdu, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı:"Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin təsiri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur." Belə bir rəvayət danışırlar: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb.
Əbu Bəkr ibn Ömər
Əbu Bəkr ibn Ömər (ərəb. أبو بكر بن عمر‎; doğum tarixi məllum deyil — vəfat tarixi 1087) — ləmtunlar adlı bərbərlər tayfasının rəhbəri. Əlmürabilər ittifaqının qurucusu Abdullah ibn Yasinin silahdaşı. Qardaşı Yəhyanın 1056-cı ildə vəfatından sonra Əlmürabilər ittifaqının hərbi rəhbəri oldu. Abdullah ibn Yasinin vəfatından sonra (1058-ci və ya 1059-cu il) Böyük Səhrada qalmış Əlmürabilər tayfaları arasında sürtətlə açıq müharibəyə çevrilən mübahisələr yarandı. Məğribdə olan Əbu Bəkr nizamın bərpası üçün Saxaraya tələsməyə məcbur idi. Həyat yoldaşı Zeynəb ən Nafzaviyanın təsiri altında Əbu Bəkr Əlmürabilər ittifaqının hərbi rəhbəri vəzifəsinə Yusif ibn Taşfini təyin etdi. Əbu Bəkr Səhra və Seneqal bərbərlərinin arasında nizamı tez bərpa etməyi bacardı və bundan sonra öz diqqətini Sudanın zəncilərinə yönəltdi. Sudan müharibəsindən sonra Əbu Bəkr Məğribə qayıtdı (1071—1072-ci illər), amma Əlmürabilərin Yusifin hökümdarlığı altında nə qədər güclənməsini görəndən sonra, qərar verdi ki Yusif taxta ondan daha layiqdir və hakimiyyətdən özü əl çəkərək Afrika tayfalarına İslam dinini yaymaq məqsədi ilə Səhraya qayıtdı və 1087-ci ildə vəfatına qədər burada yaşadı.
Ömər
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 586, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə: Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər. Siyasi nəticə: Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı.
Əbu Abdullah Ömər ibn Şüeyb
Əbu Abdullah II Ömər ibn Şüayb Bəlluti, həmçinin Bizans mənbələrində Babdel (yun. Βαβδέλ) — təqribən 880–895-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. Numizmatik sübutların köməyi ilə Corc C. Maylz araşdırmalarından sonra onun ikinci əmir Şüeybin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi olduğu müəyyən edilmişdir. Onun atası Şüeybdən sonra hakimiyyətə gəldiyi, təxminən 880-ci ildən 895-ci ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta qardaşı Məhəmməd ibn Şüeyb Zərkun keçmişdir. Buna baxmayaraq, Məhəmməddən sonra Əbu Abdullahın iki oğlu, müvafiq olaraq Yusif (910–915) və Əhməd (925–940) taxta keçmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch.
Mənsur Məhəmməd ibn Əziz Ömər Əyyubi
Mənsur Məhəmməd (tam adı: ərəb. المنصور ناصر الدين محمد بن العزيز‎; əl-Mənsur Nasirəddin Məhəmməd ibn Əziz; 1189 – ən tezi 1216) — III Əyyubi hökmdarı, 29 noyabr 1198-ci ildən 1200-cü ilin fevralına qədər hakimiyyətdə olub. == Həyatı == Səlahəddin Əyyubinin nəvəsi və ikinci Əyyubi sultanı Əziz Osmanın oğludur. 1198-ci ildə atasının ölümündən sonra 9 yaşında sultan elan edildi və əmir Bahəddin Qaraquş onun atabəyi (naibi) təyin edildi. Sonrakı dövrdə Əyyubi əyanları Səlahəddinin digər oğlu Əfdal Əlini Mənsur Məhəmmədin atabəyliyini icra etməsi üçün Misirə dəvət etdilər. Əfdal 1199-cu ilin yanvarında Qahirəyə gələndə şəhər əhalisi tərəfindən böyük rəğbətlə qarşılandı. Əfdal əvvəlcə Suriya və ətraf əraziləri mərkəzi hakimiyyətə tam tabe etmək üçün Şam əmiri, əmisi I Adilin üzərinə yürüş təşkil etdi. Əfdal Misir ordusu və qardaşı Hələb əmiri Zahir Qazinin qüvvələri ilə 14 iyun 1199-cu ildə Şama (indiki Dəməşq) çatdı. Lakin tərəflərdən heç biri birbaşa döyüşə girməyə risk etmədikləri üçün 6 aylıq sülh imzalandı və Əfdal Şamdan Misirə doğru geri çəkildi. Misirə qayıtdıqdan sonra Əfdal ordunun saxlanılmasının əlavə iqtisadi yük olmsı və həmçinin əsgərlərin əkinçiliklə məşğul olmaları üçün onların evlərinə qayıtmaqları haqqında əmr verdi.
İbn
İbn Firnans
Gümrah Ömər
Gümrah Ömər (23 iyul 1973, Bakı) — Azərbaycan teatr rejissoru, "Səda" Tədris Teatrının Direktoru və Bədii rəhbəri(2017-ci ildən). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi. 1973-cü ildə Gürcüstan respublikasınında anadan olmuşdur. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsində təhsil almış. 1995-ci ildən "Yuğ" Dövlət Teatrında aktyor, 2000-ci ildən rejissor kimi fəaliyyətə başlamışdır.2010-2013 illərdə Gəncə Dövlət Dram Teatrının, 2014–2017-ci il "Yuğ" Dövlət Teatrında baş rejissor vəzifəsində çalışıb, 2017-ci ildən "Səda" Tədris Teatrının direktorudur. 2017-ci ildən "Səda" Tədris Teatrında direktor və bədii rəhbər vəzifəsində çalışır.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr Sənəti" fakültəsinin "Dram teatrı və kino aktyoru" kafedrasında müəllim vəzifəsində çalışır. "Milli klassika Festivalı" (Bakı-Azərbaycan)-2001-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-cı il; "Qafqaz Kültürləri festivalı-2" (Kars-Türkiyə)-2005-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu " (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləkətlərinin I Beynəlxalq teatr festivalı (Alma–ata)"-2006-cı il; "Milli Teatr Festivalı" (Estoniya-Sarema)-2008-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu" (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləketlərinin I Beynəlxalq Teatr Festivalı" (Alma–ata-Qazaxıstan)2006-cı il; "Sərgüzəşti Mirzə Fətəli" festivalı (Bakı-Azərbaycan)-2012-ci il; "Tuğanlıq festivalı"- (Ufa-Başqırdıstan)-2012-ci il; "Bin nəfəs bir səs-Konya teatr festivalı"-(Türkiyə-Konya)-2013-cü il; "Sabah İncəsənət Festival"(Bakı-Azərbaycan)-2018-ci il; "Qits Ustad Dərsləri Festivalı"(Rusiya Moskva)-2019-cu il; "33-cü Amotör Teatr Festivalı" (Türkiyə-Dənizli)-2019-cu il; "Üfüq-XXI" Monotamaşalar festivalı. "Ən yaxşı rejissor işi (Diplom). (Bakı-Azərbaycan 2002) İlin ən yaxşı teatr rejissoru(Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi. (Bakı-Azərbaycan 2003) Gənclər-mükafatı (Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi.
II Ömər
Ömər ibn Əbdüləziz və ya II Ömər (2 noyabr 681, Mədinə, Əməvilər xilafəti – təq. 5 fevral 720) — səkkizinci Əməvi xəlifəsi. Yaşadığı illər: 682–720 illər. Hakimiyyət illəri 717–720 illər. Onun sələfi xəlifə Süleyman idi . Ömər ibn Əbdüləziz həmçinin ikinci rəşidi xəlifəsi Ömər ibn əl-Xəttabın nəticəsidir. Dindarlığı və qeyri-adi düzgünlüyü ilə seçilirdi. Həm əhli sünnə, həm də əhli şiə arasında özü barəsində çox yaxşı xatirə qoymuşdur. II Ömər 5-ci Raşidi Xəlifə hesab olunur. Ömər ibn Əbdüləziz hicri 60-cı ildə (miladı 682) Mədinədə anadan olmuşdur.
Molla Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Məhəmməd Ömər